Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq "Kompüterlərin təmiri və xidməti üzrə texnik" ixtisası yaradılıb - FOTOLAR
Report"un yerli bürosu xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ında əsas proritet hədəflərdən biri də muxtar respublikada peşə təhsilinin əhatəsinin genişləndirilməsidir. Proqrama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yeni tədris ilindən 13 yeni ixtisas yaradılıb ki, onlardan biri də "Komtüterlərin təmiri və xidməti üzrə texnik" ixtisasıdır.
Yeni ixtisasda tələbələr kompüterlərin tərkib hissələrinin arxitekturası, kompüterlərin yığılması, təmiri, o cümlədən onlara texniki qulluq və modernləşdirilməsi ilə bağlı təcrübi biliklərə yiyələnəcəklər.
1 illik kursu bitirdikdən sonra məzunlar müstəqil şəkildə müxtəlif növ kompüterləri yığacaq və windows əməlliyat sistemini yükləyəcək, konfiqurasiya modernizasiyasını həyata keçirəcək, stasionar kompüterlərə, noutbuklara texniki xidmət göstərə biləcəklər.
Məzunlar ixtisası bitirdikdən sonra informasiya texnologiyası sahəsi üzrə mütəxəssis, kompüter və onun avadanlıqları üzrə satış meneceri və informasiya texnologiyaları ilə bağlı işlərdə çalışa biləcəklər.