Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yeni saytı istifadəyə verilib

A- A A+

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) yeni saytı abituriyent və tələbələrin istifadəsinə verilib.

Akademiyadan NUHÇIXAN-a bildirilib ki, yeni sayt vasitəsilə abituriyent və tələbələr AƏSMA-da baş verən yeniliklər və tədbirlər haqqında Azərbaycan, rus və ingilis dillərində ətraflı məlumat əldə edə biləcəklər.

Yaxın günlərdə tələbələr şəxsi kabinetlərindən də istifadə edəcəklər. Şəxsi kabinet vasitəsilə tələbələr imtahanın nəticələrini öyrənmək, mühazirələri və dərs cədvəllərini elektron formada əldə etmək imkanına malik olacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: