Pensilvaniya Ştatı Universitetindən olan amerikalı alimlər Ayın mənşəyi haqqında yeni bir hipotez irəli sürüblər ki, bu da planetimizin təbii peykinin yaranması haqqında əsas nəzəriyyəni təkzib edir.
NUHÇIXAN xəbər verir ki, tədqiqatın nəticələri “The Planetary Science Journal” (TPSJ) elmi jurnalında dərc edilib.
Əsas fərziyyəyə görə, Ay, mövcudluğunun başlanğıcında Yerin başqa bir planetlə toqquşmasından sonra qalan qırıntılardan əmələ gəlib.
Tədqiqatçılar iddia edirlər ki, ikili obyektlərin mübadiləsi ilə tutulma nəzəriyyəsində Yerin cazibə qüvvəsi bu cisimləri ayırıb, obyektlərdən birini – Ayı tutub və onu peyk edib.
Alimlərin sözlərinə görə, onların nəzəriyyəsini peykin planetə nisbətən mövqeyi sübut edir. Əgər Ay qırıntılardan formalaşsaydı, o, Yerin ekvatorunun üzərində fırlanmalı idi. Lakin Ay başqa bir müstəvidə hərəkət edir.
Mütəxəssislər hesab edirlər ki, Yer hətta Aydan daha böyük ölçülü peyki - Merkuri və ya hətta Mars ölçüsündə bir obyekti də tuta bilərdi, lakin əldə edilən orbit qeyri-sabit ola bilərdi.