Naxçıvanda sertifikatlaşdırma prosesinin test mərhələsində uğur qazanan təhsilverənlər üçün 30 sentyabr-1 oktyabr tarixlərində keçirilən müsahibə mərhələsi yekunlaşıb.
NUHÇIXAN xəbər verir ki, müsahibə mərhələsinə muxtar respublikanın ümumtəhsil məktəblərində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, xarici dil və riyaziyyat fənləri üzrə tədris aparan 333 müəllim dəvət olunub ki, onlardan 329-u prosesdə iştirak edib.
Bu mərhələdə müəllimlərin proqram əsasında mövzu təqdimetmə, qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndirilməsi aparılıb. Müsahibə mərhələsində ən azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab ediləcəklər.
Qeyd edək ki, müsahibə mərhələsinin nəticələri haqqında məlumat 5 iş günü müddətində müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.