Peşə hazırlığı kurslarını bitirənlər müvafiq işlərlə təmin olunurlar - FOTOLAR

A- A A+

Naxçıvan Regional Peşə Tədris Mərkəzində ilk peşə hazırlığı kurslarına start verilib.

Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Səadət Seyidovanın NUHÇIXAN-a verdiyi məlumata görə, 2018-ci ilin aprel və  sentyabr aylarında 184-ü dövlət, 152-si özəl olmaqla, 336 müəssisədə sorğular keçirilib. Ümumilikdə 337 nəfər kurslara cəlb edilib. Peşə hazırlığı kurslarına cəlb edilənlərdən 1 nəfəri cəzaçəkmə müəssisəsindən azad olunan şəxs, 5 nəfəri hərbi xidmətdən tərxis olunan gənc, 30 nəfəri isə sağlamlıq imkanları məhdud olan şəxslər olub. Kursları bitirənlərdən 118 nəfəri müvafiq işlərlə təmin olunub.

Ötən il ərzində mərkəzdə “Aşpaz köməkçisi”, “Bərbər, “Bərbər-manikürçü”, “Xalçaçı, “Qazanxana maşinisti”, “Dərzi”, “Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər”, “Duz üzərində oyma” və digər ixtisaslarüzrə kurslar keçirilib. 2019-cu ilin yanvar ayı ərzində isə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Aşpaz köməkçisi” və “Qazanxana maşinisti” peşə hazırlığı kursları təşkil edilib. Hal-hazırda isə Mərkəzdə “Bərbər”, “Bərbər-manikürçü”, “Qazanxana maşinisti” və “Aşpaz köməkçisi” peşələri üzrə, ümumilikdə 72 nəfər kursları davam etdirirlər.

Naxçıvan Regional Peşə Tədris Mərkəzində sinif otaqları peşələrə uyğun olaraq ixtisaslaşdırılıb. Həmçinin bəzi kurslar üçün istehsalat təcrübələri müvafiq olaraq istehsalat sahələrində həyata keçirilir.

 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: