Dövlət İmtahan Mərkəzinin fevralın 3-də Naxçıvan şəhərində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında keçirilməsi nəzərdə tutulan elmi-metodik seminarların vaxtı dəyişdirilərək fevralın 4-nə keçirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin saytında yer alıb.