NUHÇIXAN xəbər verir ki, oktyabrın 15-də Naxçıvan Muxtar Respublikasının Təhsil, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə "COP29" və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında könüllülər və şagirdlər üçün ekodüşərgə təşkil olunacaq.