“Naxçıvan” Universitetində kitab təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin müəllimi İsmayıl Bağırovun və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Hüquqi şəxslərin auditi şöbəsinin əməkdaşı Təbiət Tağıyevin “Vergi məcəlləsinin xüsusi hissəsinin praktiki izahı” adlı kitabı çapdan çıxıb. “Naxçıvan” Universitetində kitabın təqdimat mərasimi keçirilib.

Naxçıvan Universitetin tədris və tərbiyə işləri prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu kitab haqqında ümumi məlumat verərək bildirib ki, dərs vəsaitində Azərbaycan Respublikasının vergi sisteminin strukturu, ölkədə fəaliyyət göstərən bütün vergi növləri maddələrlə izah edilib, vergilərin hesablanması sahəsində müxtəlif məsələlərin həlli nümunələri öz əksini tapıb.

Bildirilib ki, dərs vəsaiti iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələr, magistrlər, doktorantlar, müəllimlər, mühasiblər, iqtisadçılar, auditorlar, vergi sistemi işçiləri üçün nəzərdə tutulub.

Çıxışlar edənlər  kitabla bağlı fikirlərini bölüşüblər.

Sonda kitabın həmmüəllifi İsmayıl Bağırov yaradılan şəraitə, göstərilən qayğıya görə minnətdarlıq edib.

 

                                                     Nuray Cəfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: