Ali təhsil ocağında ixtisasartırma kursu başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində fizika, kimya və biologiya fənlərini tədris edən müəllimlər üçün ixtisasartırma kursları yekunlaşıb.

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə muxtar respublika üzrə ümumtəhsil məktəblərinin fizika, kimya və biologiya müəllimləri üçün 4 günlük təşkil olunan kursda hər ixtisasdan 20 nəfər olmaqla ümumilikdə 60 nəfər müəllim iştirak edib.

İştirakçılara universitetin müəllimləri seminar keçiblər. Eyni zamanda universitetdə mövcud olan laboratoriya və fənn kabinələrinin istifadə qaydalarından da bəhs edilib.

Kursun sonuncu günü iştirakçılara sertifikat təqdim olunub.

Sertifikat alan müəllimələrdən  Şahbuz rayonu Nursu kənd orta məktəbində fizika fənnini tədris edən Lalə Zeynalova və Babək rayonu Xəlilli kənd orta məktəbində kimya fənnini tədris edən Lamiyə Əliyeva yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.

 

Badəm Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: