DİM II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 13-də 2018/2019-cu tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

DİM-dən NUHÇIXAN-a verilən məlumata görə, abituriyentlər test imtahanının nəticələri və cavab kartlarının qrafik təsvirləri ilə Mərkəzin internet saytında tanış ola bilərlər.

İmtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar ("Azercell", "Bakcell", "Nar") vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənmək mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: