Rusiya alimləri yüksək davamlılığa malik karbon liflərini almaq üçün ilkin maddələr olan “prekursorları” əldə ediblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun saytında yer alıb. Məlumatda bildirilir ki, bu, yüksək texnologiyalı sənaye sahələrində istifadə etmək üçün yeni xüsusiyyətləri olan karbon liflərini yaratmağa imkan verir.
Alimlərin fikrincə, müasir sintetik polimerlər kimyasının ən son nailiyyətlərindən biri nəzarətli radikal polimerləşmə üsullarının işlənib hazırlanmasıdır.