“Elm” nəşriyyatında “Kitabi-Dədə Qorqud” dastanının qrammatik tədqiqi (fonetik, morfoloji və sintaktik təhlili)” kitabı çap olunub.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsində hazırlanan kitabın redaktoru akademik Möhsün Nağısoylu və professor Sevil Mehdiyevadır.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, əsərə professorlar Nadir Məmmədli və İsmayıl Məmmədov, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva rəy veriblər.
Nəşrdə ilk dəfə olaraq Azərbaycan folklor xəzinəsinin şah əsəri “Kitabi-Dədə Qorqud” dastanının qrammatikası tədqiq edilib, dastanın qrammatik quruluşunun xalq dili əsasında formalaşması həqiqəti yazılı abidənin dil materialları ilə əsaslandırılıb.
Əsərdən Azərbaycan dilinin tarixi inkişaf qanunauyğunluqları ilə maraqlananlar, elmi işçilər, tələbə və müəllimlər faydalana bilərlər.