Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasında təhsil alan tələbələr arasında fevral-mart aylarında “Magistr-2019” müsabiqəsi keçiriləcək.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, müsabiqə magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə və elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirmək məqsədi daşıyır.
Müsabiqədə təhsildə və elmi fəaliyyətdə yüksək nəticələr göstərən 3 magistrant mükafatlandırılacaq. Qaliblərə diplom və pul mükafatları (birinci yer 1500 AZN, ikinci yer 1000 AZN, üçüncü yer 500 AZN) veriləcək.