Ustad dərsləri keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Şahbuz Rayon Kolanı Kənd  Uşaq Musiqi Məktəbində Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərslər keçirilib.

Muxtar respublikanın tanınmış müəllim və musiqiçiləri, tar ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Atabəy Qurbanov, fortepiano ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova, kamança ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Məmməd Xəlilov, xanəndəlik ixtisası üzrə Ağaxan Məmmədov müəllim və şagirdlərə ustad dərsi keçiblər.

Dərslərdə hər bir müəllim təmsil etdiyi ixtisasın tarixi və metodikasından danışıb. Öz təcrübələrini yeniyetmə musiqiçilərlə  bölüşüblər.

Ustad dərsləri başa çatdıqdan sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu dərslərin əsas məqsədi tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.

Əli Rzayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: