İyunun 10-da keçiriləcək sonuncu sınaq imtahanına qeydiyyat başlayır

A- A A+

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə iyunun 10-da sonuncu sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, sınaq imtahanları bir növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

Sınaq imtahanına qeydiyyat mayın 16-sı saat 10:00-dan iyunun 6-sı saat 10:00-dək aparılacaq.

Sınaq imtahanının 11 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. İmtahanın keçiriləcəyi binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > “Sınaq imtahanının növü” > “Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər. Sınaq imtahanında iştirak haqqı 20 AZN-dir.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: