Dövlət İmtahan Mərkəzi (DİM) Gəncədə nəzarətçi müəllimlərin sertifikatlaşdırılması üçün imtahan keçirib.
NUHÇIXAN xəbər verir ki, zal nəzarətçilərinin sertifikatlaşdırılmasında əsas məqsəd imtahanların daha şəffaf idarə edilməsi və mənfi halların minumuma endirilməsidir.
Sertifikat əldə etmək üçün müraciət ünvanlayan 200 müəllimdən 140 nəfəri imtahanlarda iştirak edib. Onlardan 120-si uğurlu nəticə göstərərək növbəti imtahanlarda iştirak hüququ qazanıb. Məntiq və psixoloji test imtahanlarında uğur qazanan nəzarətçilər növbəti turda “ASAN xidmət” mərkəzində keçiriləcək təlimlərə qatılacaqlar. Sertifikat əldə edən nəzarətçi müəllimlər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan bütün imtahan proseslərinə cəlb olunacaqlar.