Fevralın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib.
İnstitutdan NUHÇIXAN-a bildiriblər ki, iclasda çıxış edən elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın prezidentinin akademiyanın strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” nın icrası haqqında sərəncamlarının əhəmiyyətindən danışıb.
Sonra I və II kurs magistrlərin 2018-2019-cu tədris ilinin payız semestri və qış imtahan sessiyasının nəticələrinə görə attestasiyaları üçün komissiyanın, magistraturada tədris olunan dərslərin fənn proqramlarının və dərs cədvəlinin təsdiqi məsələlərinə baxılıb.
Eyni zamanda, I və II kurs magistrlərin 2018-2019-cu tədris ilinin payız semestri və qış imtahan sessiyasının nəticələrini qiymətləndirmək üçün attestasiya komissiyası təsdiq edilib, bir sıra cari məsələlər müzakirə olunub.