NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası. İqtisadi və sosial coğrafiya ” adlanan ikicildliyin 2-ci cildində zəngin təbii şəraitə, iqtisadi və sosial-demoqrafik potensiala malik olan muxtar respublikanın iqtisadi, sosial və siyasi coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələri verilib. Bu fundamental əsərdə Naxçıvan Muxtar Respublikasının siyasi-coğrafi və iqtisadi-coğrafi mövqeyi, öyrənilməsi tarixi, təbii şəraiti və təbii ehtiyatları, toponimikası və demoqrafik proseslərinin inkişaf meylləri və əhalinin məskunlaşması, sənaye, kənd təsərrüfatı infrastrukturun əsas sahələri araşdırılmaqla, inzibati-ərazi vahidləri iqtisadi coğrafi istiqamətdə geniş təhlil edilib. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyasına aid kompleks məsələləri hərtərəfli işıqlandıran bu monoqrafik əsər dövlət təşkilatlarının mütəxəssisləri, elmi işçilər, ali məktəblərin professor müəllim heyəti, bakalavrlar, magistrlər, doktorantlar və geniş oxucu kütləsi üçün əvəzedilməz mənbə ola bilər.
Kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunub.