Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib. Jurnal Azərbaycan və rus dillərində çap olunub.

DİM-dən NUHÇIXAN-a bidirilib ki, bu nömrədə Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seçimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri, elmi-metodik məqalələr və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalları DİM-in aşağıda qeyd edilən ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: