Baş nazir: Gələn il 123 məktəbdə təmir-tikinti işlərinin aparılması nəzərdə tutulub

A- A A+

Ümumtəhsil məktəblərinin vəziyyəti ilə bağlı qeyd etmək istərdim ki, hazırda 473 məktəbin əsaslı təmirinə ehtiyac var. Bu, ölkədəki bütün məktəblərin 10 faizini təşkil edir.

NUHÇIXAN xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Baş nazir qeyd edib ki, bunlardan 123 məktəbdə təmir-tikinti işlərinin gələn il aparılması nəzərdə tutulub. Bu işlər mərhələli şəkildə davam etdiriləcək və 2028-ci ilədək tamamlanması planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: