NDU-da "Müasir filologiya elminin aktual problemləri və tədqiqat metodları" mövzusunda seminar keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın təqdimatında "Müasir filologiya elminin aktual problemləri və tədqiqat metodları" mövzusunda seminar baş tutub.
Naxçıvan Dövlət Universitetinin Diplomatiya Mərkəzində keçirilən seminarda NDU-nun magistratura və doktorantura təhsil pillələrinin tələbələri və universitetin müəllim heyəti iştirak edib.
Seminarda dilimizdə və ədəbiyyatımızda olan əsas problemlərin izahı, Mahmud Kaşğarinin ədəbiyyata verdiyi töhfələr, ensiklopedik bilikləri və qədim zamanlardan şairlərimizin istifadə etdiyi fars dilinin daxilində olan poeziya zənginliyindən bəhs edərək, Azərbaycan və Avropa dilçiliyindəki üslub bənzərliyi və ədəbiyyatda olan aktuallıq məsələsindən danışıb. Mahirə Hüseynova yazı üslubunda eyni zamanda aydın və anlaşıqlı olması ilə yanaşı oxunaqlı olmasının da vacibliyini vurğulayıb.
Jurnal və qəzetlərin təhlili və tədqiqinin vacibliyi, gənclər arasında mütaliənin önəmi və müasir dövrümüzdə fəaliyyət göstərən qəzetlərin, jurnalların da Azərbaycan və dünya mətbuatında yenilik edə biləcəklərindən söz açıb.
Sonda dilçi professor Azərbaycan dilinin digər türk dilləri ilə müqayisə və müzakirəsini mözsusunda araşdırmaların aparılmasının vacibliyindən söz açaraq tələbələrə gələcək tədqiqatlarında və təhsil yollarında uğurlar arzu edib.