Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə Mahirə Nağıqızı "Fəxri professor" diplomu ilə təltif olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura mərkəzində keçirilən Elmi Şuranı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağıqızının Naxçıvan Dövlət Universitetinə verdiyi töhfələrə görə öz dərin təşəkkürlərini bildirib.

Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Elsevər Əsədov çıxışı zamanı dilçi professorun həyat və elmi yaradıcılığından bəhs edərək, dilçilik elminə dair yazılan müxfəlif tipli məqalə və kitablarından söz açıb, bu araşdırmaları dilçilik elminin inkişafına dair qiymətli materiallar kimi qiymətləndirib.

Magistratura və Doktorantura mərkəzinin direktoru Çapay Quliyev Naxçıvan Dövlət Universitetində təhsil alan magistr və doktorantlara, gələcək elmi- tədqiqat yolunda dilçilik elminə verdiyi dəyərli araşdırma materiallarında örnək olduğu üçün professora təşəkkür edib və Azərbaycan dilçiliyinə verdiyi əvəzsiz xidmətlərindən söz açıb.

Çıxışlar zamanı universitetin Elmi Kitabxanasının direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova Mahirə Hüseynovanın dilçilik elminin müxtəlif sahələri üzrə müəllifi olduğu dəyərli kitabların universitet kitabxanasına verdiyi zənginlikdən, tarix-filologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov və universitetin Beynəlxalq Əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə isə öz çıxışları zamanı professorun elmi tədqiqatlarını və əsərlərini yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağıqızı Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə "Fəxri professor" diplomuna layiq görülüb.

Sonda dilçi professor göstərilən diqqət və qayğıya görə universitetin rektoru və müəllim heyətinə öz təşəkkürünü bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: