Muxtar respublika fənn olimpiadasında 190 şagird iştirak edib

A- A A+

NUHÇIXAN xəbər verir ki, məktəblilərin muxtar respublika fənn olimpiadasının final mərhələsi keçirilib.

Bilik yarışında 190 şagirdAzərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.  Şagirdlərə hər fənn üzrə 25 sual təqdim olunub. Həmin sualları cavablandırmaq üçün onlara üç saat vaxt verilib. Olimpiadaya ən çox şagird riyaziyyat, ən az şagird isə informatika fənnləri üzrə qatılıb.

Nəticəyə əsasən hərsinif  üzrə fənlərdən ilk üç yerin qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunacaqlar.

Fənn olimpiadalarının təşkil edilməsində məqsəd xüsusi istedadı olan uşaqların üzə çıxarılması, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, şagirdlərdə təhsilə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdan  ibarətdir.

                                                                           Aygün Hüseynli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: