Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin 2018-ci ilə aid məqalələr toplusu çapdan çıxıb.
Muzeydən NUHÇIXAN-a bildiriblər ki, “Milli Azərbaycan Tarixi Muzeyi – 2018” toplusunun təsisçisi və baş redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Muzeyin Elmi Şurasının qərarı ilə nəşr edilən toplu “Muzey kolleksiyasının materialları Vətən tarixinin öyrənilməsində mənbə kimi”, “Tarix”, “Arxeologiya”, “Etnoqrafiya, sənətşünaslıq, muzeyşünaslıq”, “Millət atası Hacı Zeynalabdin Tağıyev”, “Resenziya” bölmələrindən ibarətdir.
Nəşrdə muzey əməkdaşlarının və müxtəlif elm müəssisələri alimlərinin Azərbaycan və rus dillərində elmi məqalələri yer alıb.