NUHÇIXAN xəbər verir ki, Sədərək rayonunun Sədərək kəndində “21 fevral Beynəlxalq Ana dili Günü ” münasibətilə dəyirmi masa təşkil olunub. Sədərək kənd 2 nömrəli tam orta məktəbində baş tutan dəyirmi masada Sədərək rayon təhsil şöbəsinin əməkdaşları, müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir şagirdlərin vətənə, xalqa, ana dilinə olan sevgisi və hörmətini, müstəqil bədii-estetik düşüncələrini üzə çıxarmaq və onu inkişaf etdirmək məqsədilə keçirilib.
Sonda məktəbin IX sinif şagirdləri NurtənVəliyeva və Almas Abdullayeva Ana dilinə həsr edilən şeirdeyiblər.