Akademik İsa Həbibbəyli: Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar AMEA-da bir sıra tədbirlər keçiriləcək

A- A A+

Prezident İlham Əliyevin “Görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi hazırlıq işləri aparılır.

NUHÇIXAN xəbər verir ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik institutlarında, habelə Memarlıq və İncəsənət, Fəlsəfə və Tarix institutlarında, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Hüseyn Cavidin ev-muzeyində Cəfər Cabbarlıya həsr olunan elmi konfrans və sessiyalar, sərgilər təşkil olunacağını deyib. Diqqətə çatdırıb ki, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri ilə Cəfər Cabbarlının ev-muzeyi birgə respublika miqyasında elmi konfrans da keçirəcək. Bundan başqa, Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan “Kazım bəy” romanı və məktubları ilk dəfə kitab halında nəşr olunacaq. Bu əsərləri filologiya elmləri doktoru, professor Asif Rüstəmli aşkar edib.

Əlyazmalar İnstitutunda isə Cəfər Cabbarlının şəxsi arxivi rəqəmsallaşdırılır. Böyük yazıçının şəxsi arxivində 2 mindən çox sənəd var.

AMEA alimləri ölkə miqyasında keçiriləcək tədbirlərdə də yaxından iştirak edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: