AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Divan”ı hədiyyə edilib.
Muzeydən NUHÇIXAN-a bildiriblər ki, bu müəssisəyə nadir kitablar daxil edilib. Həmin kitablar görkəmli Azərbaycan şərqşünası, tarixçi alim Əjdər Ələsgərzadənin şəxsi arxivindəndir. Nəşrləri alimin qızı, MATM-ın Numizmatika fondunun müdiri Zümrüd Ələsgərova muzeyə hədiyyə edib. Kitabların içində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin XVI əsrə aid olduğu ehtimal edilən “Divan”ının əlyazma bir nüsxəsi də var. Bu əsər əski əlifbasında və Azərbaycan türkcəsindədir. “Divan” orta əsrlər Azərbaycan sufi-hürufi fəlsəfəsinin tədqiqi baxımından əhəmiyyətlidir.