Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri və qazilər tədris edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri və qazilər tədris edib.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Dövlət Universitetində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsinin daim uca tutulması, gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə yaz semestrinin ilk günü xüsusi dərs təşkil edilib, dərs otaqlarında tələbələr şəhid ailələrini, qaziləri dinləyiblər. Ali təhsil ocağında artıq üç ildir ki, hər il yaz və payız semestrinin ilk dərs günü şəhidlərimizin şərəfli döyüş yoluna həsr olunur. Bu gün də üniversitetin bütün fakültələrində, universitet məzunları arasında şəhidlik zirvəsinə ucalan tələbələrin adını daşıyan auditoriyalarda ilk dərsləri vətən uğrunda canından keçən oğullarımızın ailə üzvləri tədris edib. Universitetə dəvət olunan 53 şəhid ailəsi və qazilər bütün kurslardan tələbələrə ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarından keçən övladlarının həyatından, döyüş yolundan danışıblar. Bugünkü görüş şəhidlərin şərəfli ömür yolu ilə tələbələri yaxından tanış etmək, onların xatirəsini və bu yolda sağlamlığını itirən qazilərimizin fədakarlıqlarını əbədiləşdirmək məqsədi daşıyıb. Tədbirdə iştirak edən şəhid ailələri və qazilərə NDU adından hədiyyələr və güllər təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər təşkil edilir, “Naxçıvan Şəhid Ailələri”, “Naxçıvan Qaziləri” İctimai birlikləri ilə birgə tədbirlər həyata keçirilir.

Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: