NUHÇIXAN xəbər verir ki, fevralın 22-də Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq işə qəbul üçün test imtahanı mərhələsi təşkil olunacaq.
Test mərhələsində 27 noyabr- 4 dekabr tarixləri arasında ölkə üzrə elan olunan sənəd qəbulunda iştirak edən, məktəbəqədər təhsil müəssisələrində tərbiyyəçi müəllim vəzifəsində çalışan 16 namizəd dəvət olunub.
Qeyd edək ki, Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbində saat 10:00-da təşkil olunacaq test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır