Əvvəlki illərin məzunları üçün kolleclərə qəbul imtahanı martın 31-dən başlanacaq

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən cari ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının, ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya ixtisaslaşma seçiminin, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbirlərin tarixləri müəyyən olunub.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi martın 31-də, ikinci mərhələsi isə iyunun 23-də keçiriləcək. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: