Naxçıvan Dövlət Universitetində İnfo-sessiya keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Naxçıvan MR-nın elm və ali təhsil ictimaiyyətinə açıq İnfo-sessiya keçirilib. Tədbir  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, NDU-nun əməkdaşlığı ilə baş tutub. İnfo sessiyada universitetin rəhbər heyəti, professor-müəllimləri və tələbələri ilə yanaşı, Naxçıvan Müəllimlər İnstitutu, ARETN Bioresurslar İnstitutu, Təbii Ehtiyatlar İnstitutu və Astrofizika Rəsədxanasının əməkdaşları iştirak ediblər.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi nümayəndələri iştirakçıları elm və ali təhsilin beynəlmiləlləşməsi və beynəlxalq əməkdaşlıq imkanları, “Scopus”un süni intellekt alətindən istifadə etməklə tədqiqat bacarıqlarının inkişafı barədə məlumatlandırıb.

Agentliyin Beynəlxalq Əməkdaşlıq şöbəsinin Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlının  "Beynəlxalq əməkdaşlıq fəaliyyətinin təşkili" mövzusunda təqdimatla çıxış edib. Beynəlxalq reytinqlərdə iştirak, NDU-nun beynəlxalq əməkdaşlıq imkanları və istiqamətləri,  AR vətəndaşları üçün dövlət xətti ilə (HTP) xaricdə təhsil imkanları, Beynəlxalq tələbələrin Azərbaycanda təhsil imkanları (“Heydər Əliyev adına Təhsil Qrantı”, HTP, İƏT, NAM və.s) və beynəlxalq tələbələrlə iş, Beynəlxalq mübadilə proqramları və digər mövzularda ətraflı məlumat verib.

Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin böyük məsləhətçisi Nərminə Abullayevan "Scopus AI ilə tədqiqat bacarıqların inkişafı" mövzusunda təqdimatla çıxış edib. SCOPUS-dan səmərəli istifadə edərək əhatəli ədəbiyyat və jurnal  axtarışı strategiyaları, tədqiqat trendlərinin, istinadların və tədqiqat təsirlərinin təhlili, elmi araşdırmalar üçün Scopus-un süni intellekt alətindən səmərəli istifadə etməklə iş prosesini optimallaşdıraraq tədqiqata ayrılan vaxta qənaət və digər bölmələrdən bəhs edib.  

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar səsləndirilib, görüş diskussiya şəklində davam edib.

 

Kifayət Mahmudova
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: