Universitet və şirkətlər əmək bazarının tələblərinə uyğun təhsil proqramları hazırlayacaq

A- A A+

Universitet və şirkətlər əmək bazarının tələblərinə uyğun təhsil proqramları hazırlayacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılan Komissiyanın ilk iclasında məlumat verilib. 

Elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayev əmək bazarının tələblərinin yeniləndiyini və kadr hazırlığının da bu çağırışlara uyğunlaşmasının vacibliyini diqqətə çatdırıb.

Ötən il Nazirlər Kabinetinin bakalavr, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ixtisasların yeni təsnifatını təsdiq etdiyini xatırladan nazir müavini qeyd edib ki, təsnifatda aparılan dəyişikliklər müvafiq olaraq yeni təhsil proqramlarının hazırlanmasını tələb edir.

O bildirib ki, proqramlar işəgötürənlərin tələblərinə uyğun olmalıdır. Bu səbəbdən işəgötürənlər də bu prosesdə aktiv iştirak etməlidirlər.

Nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman təhsil proqramları ilə bağlı cari vəziyyət və qeydə alınan problemlər barədə məlumat verib:

"Yeni təhsil proqramlarının tərtib edilməsi ilə məzunların bilik və bacarıqlarının müasir əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi gözlənilir".

İclasda bildirilib ki, həm ali təhsil müəssisələri, həm də əmək bazarının nümayəndələrinin təmsil olunduğu İşçi qrupları ilkin olaraq magistratura səviyyəsində ixtisaslar üzrə ixtisaslaşmalarıın yekun siyahısını hazırlayıb nazirliyə təqdim etməli, hər bir ixtisas (ixtisaslaşma) üzrə müvafiq çərçivə sənədinə uyğun təhsil proqramlarının hazırlanmasını təmin etməlidirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: