Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda IV kurs İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə, V kurs Riyaziyyat və informatika müəllimliyi ixtisaslarında təhsil alan tələbələr üçün keçiriləcək pedaqoji təcrübənin başlanğıc konfransı olub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə institutun rektoru, dosent Elbrus İsayev açaraq son illər ölkəmizdə təhsil sahəsində tətbiq olunan yeniliklərdən danışıb, təşkil edilən pedaqoji təcrübələrin əhəmiyyətindən bəhs edib.

Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası daim diqqətdə saxlanılır. Ötən müddət ərzində bu istiqamətdə görülən tədbirlər nəticəsində muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin daha yüksək səviyyədə hazırlığına, təcrübələrə yiyələnmələrinə geniş imkanlar açılıb.

Qeyd olunub ki, 2019-cu ilin 18 fevral-24 may tarixlərində institutun 169 tələbəsinin Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində və Naxçıvan şəhərindəki 8, 11, 12, 14 nömrəli tam orta məktəblərdə təcrübə keçməsi üçün Təhsil Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq, onların yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq. Təcrübəçi tələbələrə müasir təhsil sistemində pedaqoji yeniliklər, yeni dərsliklər, dərs vəsaitləri və elektron tədris vasitələrindən səmərəli istifadə yolları təcrübi şəkildə öyrədiləcək. Həmçinin pedaqoji təcrübə zamanı məktəblilərə müasir yanaşma formaları, müəllim-şagird-valideyn əlaqələrinin qurulması, məktəbə rəhbərliyin metodları, şagirdlərlə psixoloji işin aparılması yolları, ümumilikdə, təhsil sahəsində mövcud olan bütün yeniliklərin çatdırılması həyata keçiriləcək.

Vurğulanıb ki, ali məktəbləri bitirən kadrların işlə təminatı da diqqətdə saxlanılır. 2018-ci ildən ­pedaqoji kadrların müsabiqə ilə işə qəbulu isə gənc kadrların işlə təmin olunmasına, eləcə də ümumtəhsil müəssisələrinin bilikli müəllimlərlə təminatına geniş imkanlar açıb. Bu tədris ili ərzində 119 gənc kadr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərərək muxtar respublikanın ümumtəhsil məktəblərində ixtisasları üzrə müəllim kimi işlə təmin olunub. Onlardan 20-si Naxçıvan Müəllimlər İnstitutunun məzunudur. Bununla yanaşı, vakant vəzifələrə işə qəbul üçün keçirilən imtahanların nəticələrinə uyğun olaraq Naxçıvan Müəllimlər İnstitutunun 7 məzunu ümumtəhsil məktəblərində psixoloq, bir məzunu isə uşaq birliyi təşkilatının rəhbəri vəzifəsinə təyin olunub.

Konfransda Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Azad Novruzov, istehsalat təcrübə rəhbəri Təranə Əliyeva və institutun Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Çapay Quliyev çıxış edərək pedaqoji təcrübənin əhəmiyyəti və tədris planında yeri, təşkili ilə bağlı görülmüş işlər, təcrübə müddətində pedaqoq, psixoloq və təcrübəçi tələbələrin qarşısında duran vəzifələr barədə məlumat veriblər. 

Sonra pedaqoji təcrübə ilə bağlı metodik vəsaitlərin yer aldığı sərgiyə baxış olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: