NDU İstanbul Universiteti ilə əməkdaşlıq edəcək

A- A A+

Naxçıvan Dövlət Universiteti (NDU) ilə İstanbul Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

NUHÇIXAN-ın məlumatına görə, memorandum çərçivəsində universitetlər arasında magistratura səviyyəsində ikili diplom proqramlarının, birgə beynəlxalq layihələrin hazırlanması, müəllim və tələbə mobilliyi, elmi əməkdaşlıq istiqamətində razılığa gəlinib.

Əlavə edək ki, əsası 1453-cü ildə qoyulan İstanbul Universiteti Türkiyənin ilk və ən böyük universitetidir. Hazırda NDU ilə İstanbul Universiteti arasında memorandum çərçivəsində işçi qrupları ikili diplom proqramlarının hazırlanmasına dair işləri davam etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: