Yeni təhsil proqramı üzrə “İngilis dili” vəsaiti nəşr olunacaq

A- A A+

Yeni təhsil proqramı üzrə imtahana hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün “İngilis dili” vəsaiti nəşr olunacaq.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, ingilis dili fənnindən təqdim olunan bu vəsait giriş və 4 bölmədən (“Dinləyib-anlama”, “Oxu”, “Yazı” və “Fonetika və qrammatika”) ibarətdir. Vəsaitdə ingilis dili fənninin üç məzmun xətti: “Dinləyib-anlama”, “Oxu”, “Yazı” və eyni zamanda, “Fonetika”, “Qrammatika” qaydaları V-XI siniflər üzrə sistemli şəkildə təqdim edilir.

İngilis dili vəsaiti əsasən şagirdlər üçün nəzərdə tutulur. Lakin vəsaitdən ingilis dili müəllimləri də istifadə edə bilərlər. Vəsaitin 1 – 3-cü bölmələri imtahan verənlərin 3 əsas kommunikativ bacarıqlarını inkişaf etdirməyə və öyrəndiklərini praktik test tapşırıqları ilə yoxlamağa imkan verəcək. Burada verilmiş izahatlar, onlara aid nümunələr, mətnlər, dialoqlar şagirdlərin yaş səviyyəsinə, onların nitq ehtiyac və tələbatına, qavrama səviyyələrinə uyğunlaşdırılıb.

İzahatlar və nümunələr şagirdlərin imtahana hazırlaşarkən kommunikativ bacarıqlarını inkişaf etdirməyə imkan verəcək. Dinləyib-anlama bölməsinə aid dialoq və mətnlərin audiofaylları DİM-in saytında yerləşdirilib.

Vəsaitin 4-cü bölməsi üç hissədən ibarətdir: fonetika, morfologiya və sintaksis. Birinci hissə (fonetika) dilin fonetik quruluşunu, hərf-səs tərkibini, oxu qaydalarını əks etdirir. İkinci hissə (morfologiya) əsas və köməkçi nitq hissələrindən bəhs edir. Üçüncü hissədə (sintaksis) söz birləşmələri, cümlə və cümlə üzvləri haqqında əsaslı məlumat verilir.

Yaxın günlərdə nəşr olunacaq vəsaiti DİM-in aşağıda qeyd edilən ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: