Naxçıvanda "Müəllimlərin Riyaziyyat Müsabiqəsi" keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, martın 15-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və ATİAHİ-nin tərəfdaşlığı ilə "Müəllimlərin Riyaziyyat Müsabiqəsi" keçirilib.
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin müsabiqədən qeydiyyatdan keçən riyaziyyat müəllimləri üçün I mərhələ Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə təşkil olunub.
36 riyaziyyat müəlliminin iştirak etdiyi müsabiqədə təhsilverənlərə AMC (American Mathematics Competitions) tapşırıqları əsasında suallar təqdim olunub.
Qeyd edək ki, 14 Mart Beynəlxalq “Pi” Gününə həsr olunan müsabiqənin keçirilməsində məqsəd istedadlı riyaziyyat müəllimlərinin üzə çıxarılması və tanıdılmasıdır.
Müsabiqə 2 mərhələdən ibarətdir.
Müsabiqənin ikinci mərhələsi 29 mart tarixində keçiriləcəkdir.
Müsabiqədə 1-ci yer 1 nəfər, 2-ci yer 2 nəfər, 3-cü yer 3 nəfər olmaqla ən yüksək bal toplamış 6 nəfər sonda mükafatlandırılacaqlar.