Elbrus İsayev: Beynəlxalq əməkdaşlıqda yeni layihələr reallaşacaq

A- A A+

NUHÇIXAN xəbər verir ki, bunu NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün keçirilən brifinqdə deyib.

Rektor vurğulayıb ki, NDU EMSA üzvü olan 11 Tibb fakültəsi tələbəsi Tvinninq mübadilə proqramı vasitəsilə Rumıniyanın Buxarest şəhərində Karol Davila Universitetində 10 günlük mübadilədə iştirak edəcəklər. Hətta növbəti tədris ilində mobilliyi təmin etmək məqsədilə əməkdaşlıq etdiyimiz universitetlərlə danışıqlar başlanıb. Aprel ayında 2025-2026-cı tədris ilinin payız semestrində mobillik üçün razılıq əldə edilmiş universitetlərin siyahısı elan ediləcək. Tələbə mübadiləsində gözlənilən yeniliklərdən bəhs edən rektor NDU-nun TÜRKÜNİB-ə üzv olmaq üçün müraciəti edildiyini bildirib, NDU bu təşkilata üzv olmaqla ali təhsil müəssisələri arasında tələbə mübadiləsini təşviq edən ORHUN mübadilə proqramına qoşulacaq və beynəlxalq tələbə mübadiləsi sahəsində mühüm irəliləyiş əldə olunacağını söyləyib. Vurğulayıb ki, növbəti aylarda, aprel və may aylarında İstanbul və Daşkənd şəhərlərində keçiriləcək təhsil sərgilərində iştirak nəzərdə tutulub.

Dövlət proqramı çərçivəsində reallaşan NDU nəzdində İngilis dili təmayüllü Gimnaziya və NDU Kembric Məktəbi muxtar respublikanın təhsil sahəsində çox mühüm hadisə adlandıran rektor Elbrus İsayev NDU Kembric Məktəbi xətti ilə təşkil olunan Avropa və İngiltərədə təşkil olunan yay məktəblərinə muxtar respublikamızın istənilən orta məktəbində təhsil alan şagirdlər müraciət edə biləcəyini diqqətə çatdırıb. Beynəlxalq olimpiadalara hazırlıq və iştirak məqsədilə Kembric Məktəbində və Gimnaziyada yeni layihələr nəzərdə tutulduğunu söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: