Ali təhsil ocağında konfrans olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində magistrantların elmi tədqiqat təcrübələrinin başlanğıc konfransı keçirilib.

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov universitetdə kredit sistemi ilə tədrisin təşkili və idarə olunması barədə məlumat verib. Bildirilib ki, bu qaydalar ali təhsilin əyani və qiyabi təhsil alan tələbələrinə və magistrantlarına şamil edilir.

Magistratura üzrə dekan, biologiya üzrə elmlər doktoru Etibar Məmmədov universitet daxilində müvafiq ixtisaslarda 53 ixtisas üzrə 147 magistrin təcrübə keçdiyini qeyd edib. Nəzərə çatdırılıb ki, elmi tədqiqat təcrübələrini bitirən tələbələr elmi–pedaqoji təcrübələrinə başlayacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: