NUHÇIXAN xəbər verir ki, “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində “Nemətullah Naxçıvani: Taleyi və sənəti” adlı kitab çapdan çıxıb.
Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 oktyabr tarixli “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən nəşr olunub.
Kitabda Ali Məclis Sədrinin müvafiq Sərəncamının və Tədbirlər Planının mətni yer alıb. Naxçıvanlı alimlərin Nemətulla Naxçıvani ilə bağlı apardıqları tədqiqat işlərindən ibarət məqalələr və müəllifin "Əl-Fəvatihül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə" adlı əsərindən parçalar verilib.
Kitabda Nemətullah Naxçıvani ilə bağlı bir neçə fotoşəkil də əlavə edilib.