Emin Hüseynov: Füzuli və Ağdam rayonlarında beş məktəb və uşaq bağçası inşa olunur

A- A A+

Füzuli və Ağdam rayonlarında beş məktəb və uşaq bağçası inşa olunur.

NUHÇIXAN xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun açılışında deyib.

Emin Hüseynov qeyd edib ki, Azərbaycan əraziləri işğal dövründə tamamilə dağıdılıb və məhv edilib. Lakin hazırda aparılan quruculuq işləri Qarabağın regionun mühüm iqtisadi mərkəzinə çevrilməsinə zəmin yaradacaq: “Biz azad edilmiş ərazilərdə ancaq xarabalıq görürük. Bəzi yerlərdə xarabalıq belə qalmayıb. Heç bir mədəni obyekt, toxunulmamış məscid qalmayıb, hətta ağac belə qoymayıblar. Hər şey talan edilib. Bütün bunlar onu sübut edir ki, yenidənqurma prosesi son dərəcə mürəkkəbdir. Hazırda Azərbaycan bir sıra regional infrastruktur layihələrini reallaşdırmaqda davam edir. Burada hava limanı inşa edilib, eyni zamanda, dörd su anbarı, iki su elektrik stansiyası, üç əsas boru xətti inşa olunub. Bundan başqa, səkkiz yaşayış məhəlləsinin tikintisi planlaşdırılır. Onlardan biri artıq inşa edilib. Həmçinin kəndlər layihələndirilir və inkişaf etdirilir. İki yaşayış massivinin üzərində iş gedir, biri artıq inşa olunur. Yenidənqurma layihələri ilə yanaşı, mədəni və tarixi layihələr də var. Bunlar arasında Cümə məscidinin bərpasını qeyd etməliyəm. Bu məscid Ağdamda yerləşir və yeganə tikili idi ki, struktur baxımından salamat qalmışdı, amma başdan-başa təhqir edilmişdi, çünki bu məsciddə donuzlar və inəklər saxlanılmış, tövləyə çevrilmişdi”, - deyə E.Hüseynov əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: