NDU-nun rektoru Elbrus İsayev “Bədii yaradıcılıq müsabiqə-festivalı”nda iştirak edəcək nümayəndə heyəti ilə görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin rektrou Elbrus İsayev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102, Naxçıvan Muxtar Respublikasının yaranmasının 101 illiyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə-festivalı”nda iştirak edən nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının Əməkdar in¬cəsənət xadimi Baba Vəziroğlu, Qarabağ Universitetinin İncəsənət fakültəsinin ifaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin müşaviri, baş katib Pərvanə İsmayılova, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin şöbə müdiri Elnur Cəfərov, Mədəni, kütləvi və idman işləri şöbəsinin baş mütəxəssisi Rüstəm Nəsirov, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Aygül Bağırova və universitetin rəhbər şəxsləri iştirak ediblər.

Rektor Elbrus İsayev qonaqları salamlayıb, dəvəti qəbul edib iştirak etdikləri üçün təşəkkürünü bildirib. Rektor artıq dördüncü dəfədir universitetdə təşkil olunan “Bədii yaradıcılıq müsabiqə-festivalı”nın əhəmiyyətindən danışıb, vurğulayıb ki, ali təhsil ocağında keçirilən mədəni-kütləvi tədbirlərdə milli dəyərlərimiz hər zaman əsas tutulur.

Qonaqlar “Bədii yaradıcılıq müsabiqə-festivalı”nın NDU-da keçirilməsi təşəbbüsünün yüksək qiymətləndirib, ənənəvi olaraq burada keçirilən ötən illərdəki tədbirlər kimi yaddaqalan olacağını diqqətə çatdırıblar.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Naxçıvan Dövlət Universiteti və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: