“Nemətullah Naxçıvani: taleyi və sənəti” kitabının təqdimatı olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Nemətullah Naxçıvani: taleyi və sənəti” kitabının təqdimatı keçirilib.

Kitabın təqdimat mərasimində çıxış edənlər qeyd ediblər ki, qədim Naxçıvan torpağının yetirdiyi görkəmli mütəfəkkirlərindən biri orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, təsəvvüf və təfsir alimi kimi şöhrət qazanmışdır.

Vurğulanıb ki, Nemətullah Naxçıvaninin elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olmuş, ona “Baba” titulu burada yaşadığı illərdə sufi təriqəti tərəfindən rütbə kimi verilmişdir. Şərqin böyük filosofu Nemətullah Naxçıvaninin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə islam dini dünyagörüşü vəhdət təşkil edir. 

Qeyd olunub ki, görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında Naxçivan Muxtar Respublikasi Ali Məclisi Sədrinin sərəncamı Muxtar Respublika ziyalılarının və geniş ictimayyətin dərin marağına və minətdarlığına səbəb olub.

Çıxış edənlər Nemətullah Naxçıvaninin taleyi və sənəti haqqında ətraflı danışıblar.

Sonda görkəmli mütəfəkkirin həmin kitabda özünə yer almış əsərlərindən seçmələr qiraət edilib.

 

                                                    Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: