NUHÇIXAN xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən XI siniflər üçün martın 9-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.
İmtahanda Naxçıvan Şəhər 11 nömrəli tam orta məktəbin şagirdi Heydərov İbrahim Xəyal oğlu və Şahbuz rayon Badamlı qəsəbə tam orta məktəbin şagirdi İsmayılova Səma Firəddin qızı imtahan iştirakçıları arasında 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.