Əziz Ələkbərli: Qərbi Azərbaycanda bizim zəngin mədəni irsimiz, çoxlu memarlıq abidələrimiz var

A- A A+

Azərbaycanın müxtəlif universitetlərində Qərbi Azərbaycanla bağlı elmi-tədqiqat şöbələrinin açılması prosesi davam edir. Memarlıq və İnşaat Universitetində belə bir tədqiqat mərkəzinin açılması xüsusilə vacibdir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə müsahibəsində söyləyib.

Deputat deyib: “Bildiyimiz kimi, Qərbi Azərbaycanda bizim zəngin mədəni irsimiz, çoxlu memarlıq abidələrimiz var. Zaman-zaman onların bir hissəsi erməniləşdirilib, bir hissəsi isə ermənilər tərəfindən məhv edilib. Şübhəsiz ki, Memarlıq və İnşaat Universitetində açılan yeni laboratoriyada bu istiqamətdə tədqiqatlar davam etdiriləcək. Bu universitetdə belə bir laboratoriyanın açılması həm də ona görə əhəmiyyətlidir ki, rektor Gülçöhrə Məmmədovanın özü bu sahədə respublikada böyük mütəxəssislərdən biridir. Hesab edirəm ki, bütün bu amillər Qərbi Azərbaycanda mədəni abidələrimizin öyrənilməsində öz rolunu oynayacaq”.

Ə.Ələkbərli universitetdə belə tədbirlərin keçirilməsini çox yüksək qiymətləndirdiyi vurğulayıb. Qeyd olunub ki, Qərbi Azərbaycana qayıdış ideyasını universitet auditoriyasına çatdırmaq çox böyük əhəmiyyətə malikdir. Çünki bu auditoriyalarda yetişən mütəxəssislər sabah digər auditoriyalara daxil olacaqlar. Belə tədbirlər bizim tarixi torpaqlarımıza qayıdışımızı bir az da yaxınlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: