Ali təhsil ocağında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Universitetin İncəsənət fakültəsinin sərgi salonunda faciə qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq 30-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub. Sonra Fakültənin Akt zalında davam edən tədbirdə  əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.

Konfransı giriş sözləriylə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Xocalı soyqrımı haqqında iştirakçılara geniş məlumat verib.

Tədbirdə çıxış edənlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti, xalqımıza qarşı törədilən etnik təmizləmə ilə bağlı faktlar və soyqırımı cinayətləri barədə ətraflı məlumat veriblər.

Sonra ayrı-ayrı ixtisasların ifasında şeirlər dinlənilib.

Sonda faciənin dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunub.    

                 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: