Magistraturaya qəbul imtahanı ilə əlaqədar Apellyasiya Komissiyası yaradılıb

A- A A+

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası yaradılıb

Mərkəzdən NUHÇIXAN-a bildirilib ki, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Bakalavrlar Apellyasiya Komissiyasına fevralın 25-27-də saat 10:00 dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: