Naxçıvan məktəblisi ilk dəfə olaraq Respublika Fənn Olimpiadasında informatika fənni üzrə qalib olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, İnformatika fənni üzrə Respublika Fənn Olimpiadasının final mərhələsinin nəticələri elan olunub.

Olimpiadanın Bakı şəhərində keçirilən final mərhələsində iştirak edən Kəngərli rayon Qıvraq Qəsəbə tam orta məktəbinin X sinif şagirdi Oruc Cabbarlı Naxçıvanda ilk dəfə olaraq informatika fənni üzrə III yerin qalibi olub.

 Qeyd edək ki, bu muxtar respublikada informatika fənni üzrə qazanılan ilk medaldır. 

Məlumat üçün bildirək ki, Oruc Cabbarlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçiriləne olimpiadalarda istedadlı şagird kimi aşkarlanmış və Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təşkil olunan kurslara cəlb olunmuşdur. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: