I siniflərə elektron qəbul prosesində məktəb və müəllim seçiminin vaxtı dəyişdirilib

A- A A+

2025–2026-cı tədris ili üzrə birinci sinfə şagirdlərin elektron qeydiyyatı prosesi çərçivəsində https://məktəbəqəbul.edu.az portalında texniki sabitliyin və fasiləsizliyin təmin olunması məqsədilə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinin vaxtı dəyişdirilib.

Bu barədə NUHÇIXAN-a MÜTDA-dan məlumat verilib.

Belə ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 6 may 2025-ci il saat 15:00-da aktivləşəcək.

Rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə isə 6 may 2025-ci il saat 11:00-da start veriləcək.

Valideynlərdən və qanuni nümayəndələrdən portalda aparılan yenilikləri diqqətlə izləmələri və göstərilən tarixlərə uyğun şəkildə qeydiyyat prosesində iştirak etmələri xahiş olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: