Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi “Müasir metodist” layihəsi elan edir.
NUHÇIXAN xəbər verir ki, mayın 6-dan Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən ölkənin ümumtəhsil müəssisələrində həyata keçirilməsi nəzərdə tutulan “Müasir metodist” layihəsinin Naxçıvan Muxtar Respublikasında da tətbiqinə başlanılır.
Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün tələblər:
- ️Pedaqoji təhsil;
- ️️Ən azı 7 illik pedaqoji təcrübə;
️- Sertifikasiya balı 51 və 51-dən yuxarı;
- İKT bacarıqları;
- ️Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).
Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar.
Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb edilirlər.
Təlimlərdə iştirak edən və uğur qazanmış namizədlər metodik xidmətə cəlb ediləcəklər.
“Müasir metodist” layihəsinə qeydiyyat linki- https://l24.im/H79
Qeydiyyat üçün son müraciət tarixi 01 iyun 2025-ci ildir.