Magistraturalara qəbul imtahanı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsinə imtahan  Naxçıvan şəhərində 14 nömrəli tam orta məktəbdə aparılıb.

Magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi ölkənin  5 şəhərində keçirilib. İmtahanlar saat 13.00-da başlayıb və 2 saat 30 dəqiqə davam edib.

İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılıb. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayıb.

Naxçıvanda imtahanda iştirak etmək üçün 294 bakalavr qeydiyyatdan keçib. Bakalavrlara təqdim olunan 100 sualın 50-si məntiqi təfəkkür, 25-i xarici dil, 25-i isə informatikaya aid olub. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir və səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın keçirilməsi üçün 3 imtahan rəhbəri, 35 nəzarətçi müəllim cəlb olunub. Nəzarətçi müəllimlərin hamısı və imtahan rəhbərlərinin ikisi regional bölmənin bazasındandır. İstər buraxılış rejimi, istərsə də imtahan prosesi tam təlimata uyğun keçirilib. İmtahanda hər bir bakalavra 100 sual təqdim olunub.

İmtahanın nəticələri yaxın bir həftə ərzində Dövlət İmtahan Mərkəzinin internet səhifəsində yerləşdiriləcək. Hər bakalavr öz şəxsi kabinetinə daxil olmaqla nəticələri əldə edə biləcəkdir. Eyni zamanda iş nömrəsini mobil operatorlarda 7727-yə göndərməklə nəticəni öyrənmək  mümkündür.

  Qeyd edək ki, martın 3-də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının birinci mərhələsi keçiriləcək.

 

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: